Herbalist Rəcəb Dağıstanlı, Xərçəngin Müalicəsi
Heç bir müvəffəqiyyət insan sağlamlığından daha qiymətli deyil.

Qarın boşluğunda su yığılması

Kateqoriya : Qaraciyər xərçəngi
Paylaş : 216
17:13 06-08-2017

Qarın boşluğunda su yığılması

Qarın boşluğunda su yığılmasının  səbəbi - uzun müddət müalicə edilməyən böyrək xəstəlikləri, travma, xroniki ürək çatışmazlığı, qaraciyərin sirrozu, qaraciyər və mədə-bağırsaq traktinda xərçəng və şişin əmələ gəlməsi ola bilər.

Ona görə də ilk növbədə əsas xəstəliyi müalicə etmək lazımdır ki, yığılan mayenin qarşısı alınsın.

Assiti olan xəstələrə həkim aşağıdakı müayinələri təklif edə bilər: 

Qarının ultrasəs müayinəsi 

Rentgen 

Qanın ümumi analizi 

Qanın laxtalanmas qabiliyyəti 

Qanın biokimyəvi analizı (Bilirubin və qalıq azot daxil olmaqla)

Qanın seroloji müayinəsi (xərçəng markerləri də daxil olmaqla)

Assitik mayenin sitoloji və hematoloji müayinəsi

Yuxarıda göstərilən müayinələr tam diaqnoz üçün yetərsiz olarsa digər müayinələr də təklif edilə bilər:

Kompüter Tomoqrafiyası 

Ginekoloji müayinələr 

Endoskopiya 

 

Assitin simptomları

Səbəblərdən asılı olaraq assit qəfildən və ya tədricən əmələ gələ bilər və bir neçə ay ərzində artmağa davam edir.

Qarında partlama və ağırlıq hissi, qarın ağrıları, köp, qıcqırma və gəyirmə, ürək bulanması.

Mayenin miqdarı artdıqca qarın da böyüyür, göbək önə çıxır

Peritoneal mayenin miqdarı çox olduqda təngnəfəslik, ayaqların ödemi, hərəkət çətinliyi, əsasən də

Bədənin çevrilməsi və əyilmə hərəkətlərinin çətinləşməsi əmələ gəlir.

Assit zamanı peritoneal mayenin yığılması qarındaxili təzyiqin artmasıyla,

Diafraqma günbəzinin döş qəfəsi boşluğuna yönəlməsiylə müşayiət olunur.

Bu zaman ağciyərlərin tənəffüs hərəkətləri çox məhdudlaşır, ürək fəaliyyəti, qan dövranı və qarın boşluğu orqanlarının finksiyaları pozulur.

Massiv assit mühüm dərəcədə zülal itkisiylə və elektrolit pozulmalarıyla müşayiət oluna bilər.

Beləliklə assit zamanı tənəffüs və ürək çatışmazlığı, ciddi mübadilə pozulmaları müşahidə oluna bilər və əsas xəstəliyin proqnozu pisləşir.

 

Müalicəyə dəstək üçün bitkilərdən necə istifadə edilir

Xəstəliyin müalicəsinə dəstək olaraq yiğilan suyun həcmini azaltmaq üçün bəzi bitkilərin istifadəsi üçün tövsiyyələr verə bilərik:

 

1. Cəfəri -800 qram 

     Təzə süd -1,5 litr   

Cəfərini yuyub xırda doğrayın südə əlavə edib zəif odda 15-20 dəqiqə qaynadın.

Soyudub hər saatdan bir 2 yemək qaşığı qəbul edin.

Qarışığı soyuducuda saxlayın.

 

2.  Ən geniş yayılmış vasitə kimi acı yovşandan istifadə edilə bilər.

Acı yovşan - 1 cay qaşığı

Su  -   400 ml olmaqla dəmləyin.

Gundə 3 dəfə dörddə bir stəkan qəbul edin.

Aptekdən alınmış məhlulundan da istifadə edilə bilər. Gündə 3 dəfə yeməkdən avvəl 15 damcı olmaqla.

 

3.  Dəvədabanı və xəşəmbul bərabər götürülür,

Dəvədabanı - 1 qaşııq

Xəşəmbul   -  1 qaşıq  

Qaynar su -  500 ml  dəmlənir.

Yarım saat saxlanılır, gündə 5 dəfə 3 qaşıq içilir.

 

4. Müalicə üçün iri atpıtrağı kökü həlimi hazırlayırlar. 

İri atpıtrağı kökü – 15 qram

Qaynar su – bir stəkan 

Dəmləyib gündə dörd dəfə bir yemək qaşığı  qəbul edin.

Bununla yanaşı vanna və ya kompres də qəbul etməlisiniz.

Vanna və ya kompres gecə qəbul olunsa daha yaxşıdır.

 

5. Tozağacının yarpaq və  tumurcuqlarından hazırlanmış dəmləmə ilə yarım saat vanna qəbul etmək olar. Bunun üçün 

ozağacını bitkisi  – 20 qram

Qaynaq su – 200 ml götürülür.

Dəmləndikdən sonra 6 saat saxlanılır və istifadə edilə bilər.

Həlimi  içmək də olar.

Bunun üçün bir stəkan hazır həlimin üzərinə dərhal 0,2 qram soda əlavə etmək lazımdır, 6 saatdan sonra süzərək

Yarım stəkan gündə iki dəfə olmaqla içilir.

 

6.  İtburnu meyvəsi də məsləhət görülür.

Bu vitaminli, iltihab əleyhinə və sidikqovucu vasitə xəstəliyə üstün gəlməyə kömək edir.

Həlimi hazırlamaq üçün 2 çay qaşığı xırdalanmış itburnu meyvəsi bir stəkan qaynar su götürmək lazımdır. 10 dəqiqə dəmləyib süzün.

Yeməkdən qabaq gündə iki dəfə bir stəkan (uşaqlarda dörddə bir stəkan) qəbul olunur. 

 

7.  Bataqlıq kəcəvəri (lat. Acorus calamus) kökü  - 20 грамм (qurudulmuş ) üzərinə

Araq - 0,5 litr 40 dərəcə temperaturda  əlavə edin.

Quru və qaranlıq yerdə 10 gün saxlayın.

Уeməkdən yarım saat əvvəl 1 cay qaşığı qəbul edin. 

 

Müalicəyə dəstək üçün lobya qabıqları istifadə etmək mümkündür.

Məhsul yaxşı sidikqovan təsir göstərir, bədəndən artıq mayenin tərk edilməsinə  kömək edir.

Lobya qabığl - 15 ədəd 

Qaynar su - 1 litr götürmək lazımdır.

Maye 10 dəqiqə qaynadılır. Yarım saat saxlanılır.

Soyuduqdan sonra gündə üç dəfə qəbul olunur.

Birinci dəfə səhər mümkün qədər ertə, ikinci dəfəsəhər yeməyindən əvvəl, üçüncü dəfəaxşam çağı saat səkkiz radələrində. İçərkən başqa maye qəbul etməmək tövsiyə olunur.

Mesaj Bırakın .
sizə zəng etməyimiz üçün telefon nömrənizi yazın
Ad Soyad
Email
Telefon
xəstəlik haqqında