Herbalist Rəcəb Dağıstanlı, Xərçəngin Müalicəsi
Heç bir müvəffəqiyyət insan sağlamlığından daha qiymətli deyil.

Ağciyər xərçənginin əlamətləri

Kateqoriya : Ağciyər xərçəngi
Paylaş : 138
16:58 06-08-2017

Ağ ciyər xərçənginin əlamətləri

1 - Uzun müddət ərzində öskürəyin olması. 

Ağ ciyər xərçəngi zamanı öskürək, adətən, daimi xarakter alır, quru (bəlğəmsiz) olur. Bəzi hallarda  öskürək bəlğəmlə də - selikli-irinli, bəzən isə selikli və təzə al qırmızı qan qarışığı ilə (qan hayxırma) olur;

2 - Təngnəfəslik 

Hava çatışmazlığı hissiyyatı. Ağciyərdə olan şişin  bronxlara təzyiq etməsi nəticəsində ağ ciyərlərə olan hava axınının qarşısını alması səbəbindən baş verir ki, bu zaman ağ ciyərin bir hissəsinin funksiyası pozulmuş olur;

3 - Bədən hərarətinin yüksəlməsi, həmçinin tez-tez baş verən (xüsusən də siqaret çəkənlərdə) pnevmoniyalar (ağ ciyərlərin iltihabı) 

4 - Döş qəfəsində olan və dərin nəfəs alma zamanı güclənən ağrılar;

5 -  Bəlğəmdə təzə, al qırmızı qanın müşahidə edilməsi . 

Ağ ciyərdə olan şişin iri qan damarına yayılması zamanı ağ ciyərlərdən qanaxma da baş verə bilər. 

6 - Üzün və qolların şişkinliyi, çiyinlərdə və qollarda ağrı, udma refleksinin pozulması, səsin hər zaman xırıltılı olması və ya hıçqırmaq.

Ölçüsü iri olan ağ ciyər şişləri qonşu orqanları və iri qan damarlarını sıxaraq bu əlamətlərin meydana çıxmasına səbəb ola bilər.

7 - Zəiflik, bədən çəkisinin azalması, iştahanın olmaması.

 

Ağ ciyər xərçənginin inkişaf etməsi səbəbləri

Siqaret çəkilməsi - Bu, ağ ciyər xərçənginin inkişaf etməsində ən əsas səbəb hesab olunur.

Genetik meylliliyin olması -  Əgər sizin yaxın qohumlarınızda ağ ciyər xərçəngi ilə xəstələnənlər olarsa, siz də çox ehtiyatlı olmalısınız;

Ekoloji faktorlar: - Havanın xeyli dərəcədə tozlu olması, iri sənaye şəhərlərində havaya zərərli qazların xaric edilməsi, radiasiyanın yüksək olması, tez-tez siqaret çəkənlərlə bir yerdə olmaq (passiv siqaret çəkilməsi), zərərli peşə faktorlarının təsiri (nikel, asbest, xrom, arsen və digər bu kimi zərərli maddələrlə uzun müddət təmasda olmaq, daş kömür şaxtalarında işləmək və s.);

Ağ ciyərlərdə müxtəlif xroniki xəstəliklərin olması - məsələn, ağ ciyər vərəmi, xroniki bronxit

 

Ağ ciyər xərçənginin müalicəsi üçün ilk olaraq aşağıdakı şərtlərə əməl etmək lazımdır:

Siqaret çəkmək vərdişindən imtina etmək;

Mümkün qədər ekaloji təmiz mühit;

Yaşa dolmuş insanlar ildə bir dəfə olmaqla ağ ciyərlərin profilaktik rentgen müayinəsindən keçməlidırlər. Ağ ciyər xərçənginin ilkin dövrlərdə aşkar edilməsi, müalicənin müvəffəqiyyətlə aparılmasının təminatıdır.

 

Ağciyər xərçəngi olan xəstələrin müayinəsi

Ağciyər xərçəngi olan xəstələrin müayinəsi zamanı aşağıdakılara diqqət yetirilməlidir:

Xərçəngin tipinin təyini. Kiçik-hüceyrəli Ağciyər xərçəngi və ya qeyri-kiçik hüceyrəli  Ağciyər xərçəngi olduğunu aşkarlamaq.

Xəstəliyin kliniki və ya histo-patoloji mərhələsinin təyini,

Xəstənin funksional durumu. Ağ ciyərlərin funksional imkanları çox aşağı olduqda və ya xəstədə yüksək riski olan yanaşı xəstəliklər olduqda, həmin xəstələrdə cərrahi əməliyyatın aparılması mümkün deyil.

 

Ağciyər xərçəngində bitkilərlə müalicə

Alternativ tibb adı altında müalicə edən və şəfa verən  bitkilər insanları sağlıqlarına ağrısız və yan təsirləri  olmadan qovuşdurur.

İstifadə olunan bu otlar ve şəfalı bitkiler heç bir kimyəvi maddənin təsiri altında qalmadan təbiətdə,  ekoloji təmiz mühitdə yetişən bitkilərdir.

Nəzərinizə ağciyər xərçəngi zamanı dəstək ola bilən bəzi məsləhətləri çatdırırıq:

1.  Bütün bitkilər bərabər miqdarda götürülür

Dərman mərcanotu (lat. Betonica officinalis) kökü

Dərman mərcanotu  bitkisi,

Ağ öksəotu (lat. Viscum album) bitkisi

Gülümbahar (lat. Calendula) çiçəyi

Tarla qatırquyruğu (lat. Equisetum arvense) bitkisi

Dərman xəndəkotu (lat. Symphytum officinale) kökü

Sünbüllü lavanda (lat. Lavandula spica) çiçəyi

Adi dazı (lat. Hypericum perforatum) bitki

Bitkiləri qarışdırıb alınan qarışımdan 3 yemək qaşığı 1 litr qaynar suya töküb dəmləyin və 2 saat saxlayın.

Gündə 4 dəfə yeməkdən əvvəl yarım stəkan için.

Yeməkdən sonra bir kofe qaşığı qədər üyüdülmüş at şabalıdı meyvəsi qəbul edin.

 

2.  Evkalipt yağı ilə inqolyasiya etmək yaxşı təsir göstərir.

 

3. Ağciyər xərçənginin bağayarpağı balzamı ilə olan müalicəsi. Bağayarpağı olan məlhəm çox səmərəlidir. Onu hazırlamaq üçün eyni miqdarda şəkər tozunu və xırda doğranmış bağayarpağı bitkisini qarışdırmaq lazımdır. 2 həftə saxlandıqdan sonra şirəsi ayrılacaq. gündə 3-4 dəfə yeməyə 30 dəqiqə qalmış üzrə 1 yemək qaşığı qəbul olmalıdır.

Mesaj Bırakın .
sizə zəng etməyimiz üçün telefon nömrənizi yazın
Ad Soyad
Email
Telefon
xəstəlik haqqında