Herbalist Rəcəb Dağıstanlı, Xərçəngin Müalicəsi
Heç bir müvəffəqiyyət insan sağlamlığından daha qiymətli deyil.

Dərman limonotu

Kateqoriya : Bitkilərlə müalicə
Paylaş : 244
21:52 26-02-2017

Dərman limonotu / bədrənc

Dərman limonotu

Bədrənc bitkisi / Limon otu aprel, may ayından başlayaraq çiçəkləyir,

Ən çox divar dibində, kölgəli və nəmli yerlərdə bitir.

Limon otu həm sarı, həm də ağ çiçəkli olur.

Çox vaxt gicitkan bitkisi ilə bir yerdə bitir.

Tərkibində efir yağı, acı, qətran, selik, büzücü maddələr, orqanik turşular  C vitamini və s. var.

Sakitləşdirici, hipotenziv, spazmolitik, qusma əleyhinə effekt göstərir.

Eləcə də mikrob əleyhinə, virus əleyhinə və iltihab əleyhinə təsirə malikdir.

Ağrıkəsici kimi ürək xəstəliklərində tətbiq olunur.

Nevrozlarda,

Yuxusuzluqda,

Hipertoniyanm yüngül formalarmda,

İştahasızlıqda,

Diskineziyada,

Meteorizmdə,

Menstrual sikl pozğunluqlarında təyin edilir.

Limon otu ən çox qadın xəstəliklərində, aybaşı zamanı gündə 2 dəfə səhər və axşam 2 stəkan içilir.

Qantəmizləyici kimi uzun müddət istifadə etmək olar. 

Əsəb xəstəliklərində gündə 3 dəfə 1-2 stəkan səhər, gündüz və axşam ( yeməkdən 1 saat sonra ) içilir.

Ümumiyyətlə, bədrənc bitkisi böyrəyi xəstə olan adamlarda sidik ifrazı çətinlikləri, yanmaları olanda xeyirlidir,

Ürək narahatlığı ilə əlaqədar istifadə olunarsa, çox dəyərli bitkidir.

Bitki çayı yaşlı adamlarda böyrək-sidik-cinsiyyət yollarında üşütmələr olanda çox yardım edir. 

bədrənc

Dərman limonotu hazırlanma qaydası

Limon otu-bir xörək qaşığı

Qaynar su-200 ml

Bitkinin üzərinə qaynar su tökülür, 15 dəqiqə qaynayan su hamamında dəmlənir,

Otaq temperaturunda soyudulur, süzülür.

Gündə 3-4 dəfə, hər dəfə 1/4 stəkan yeməkdən sonra daxilə qəbul edilir.

Həzm prosesini yaxşılaşdırmaq üçün isə hər yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir.

 

Dərman limonotu Kompress hazırlanmaq

Limon otu-2 yemək qaşığı

qaynar su-0,5 litr

Dəmlənir və günboyu kompreslər qoyulur.

Çay kimi: limon otu qaraqınıq otu, dazıotu çiçəyi ilə bir yerdə qarışdırılıb, gündə 3 stəkan içilə bilər.

Mesaj Bırakın .
sizə zəng etməyimiz üçün telefon nömrənizi yazın
Ad Soyad
Email
Telefon
xəstəlik haqqında