Herbalist Rəcəb Dağıstanlı, Xərçəngin Müalicəsi
Heç bir müvəffəqiyyət insan sağlamlığından daha qiymətli deyil.

Dazıotu / kantaron

Kateqoriya : Bitkilərlə müalicə
Paylaş : 246
20:54 11-02-2017

Dazıotu /  kantaron 

Dazıotu

Dazıotu kökünün pastası qurdqovucu təsirə  malikdir. 

Dazıotunun həliminin vannası prolapsda istifadə olunur və uşaqlıq şişlərini sovurmaq qabiliyyətinə malikdir.

Dazıotunun məlhəmi zеytun yağı ilə babasilə xеyirlidir. 

Bağırsaq pozğunluqunda təyin еdilir, qarında, mədə və 12 barmaq bağırsaq xorasında, şəkər xəstəliyinin yüngül formasında, öskürək, qaraciyər xəstəliklərində və sidikqovucu vasitə kimi istifadə еdilir. 

Dazıotu çox güclü antiseptik, iltihabəleyhinə, büzücü, qurd əleyhinə, sakitləşdirici, sidikqovucu təsirlərlərə malikdir. 

Dazıotu damarları möhkəmləndirir, orqanizmə şişəleyhinə təsir edir, orqanizmi cavanlaşdırır.

Boğaz ağrısı, angina, stomatit, diş əti iltihabları zamanı dazıotu ilə qarqara edin.

Dazıotu iltihabı azaldır, selikli qişalarının bərpasına kömək edir, mikrofloranı yaxşılaşdırır.

Stress və depressiya ilə mübarizə etməyə kömək edir, baş ağrıları azaldır, yuxusuzluqdan azad edir.

Bu səbəbdən dazıotu bir çox sakitləşdirici preparatların tərkibinə daxil edilir. 

Ev şəraitində dazıotunu çobanyastığı, pişikotu kökü, melissa ilə qarışdırıb sakitləşdirici çay hazırlamaq olar.

Dazıotu dəmləməsi dəridə olan kiçik yaralar, xoralar, sıyrıntılar, yanıqlar zamanı çox yaxşı müalicəvi təsir edir - dərinin bərpasını sürətləndirir.

Ümumiyyətlə göstərilən narahatlıqlarda istifadə edilə bilər:

Depressiyanın bütün formaları

Ürək döyüntüsü ( taxikardiya )

menopauza dövründə ( daha rahat keçirmək üçün ),

Diqqətsizlik və hiperaktivdlərdə,

Halsızlıq, yorğunluq, asteniya kimi psixoloji durumlarda,

Fibromiomalarda,

Bütün növ ağrıların azaldılmasında,

Şiş xəstəliyinin müalicəsində yardımçı olaraq,

Vitiliqo xəstəliyində,

Nevritlərin ağrılarında,

Babasildə,

İshalda,

Yara və yanıqlarda.

Dazıotu

Bəzi xəstəliklər zamanı bu otun istifadəsi əks-göstərişdir

Həddən artıq qəbul еtdikdə daxili orqanlarda kеçməzlik yaradır..

Hətta sidik kisəsinə də zərər toxundura bilir. 

Mesaj Bırakın .
sizə zəng etməyimiz üçün telefon nömrənizi yazın
Ad Soyad
Email
Telefon
xəstəlik haqqında