Herbalist Rəcəb Dağıstanlı, Xərçəngin Müalicəsi
Heç bir müvəffəqiyyət insan sağlamlığından daha qiymətli deyil.

Bağayarpağının möcüzələri

Kateqoriya : Bitkilərlə müalicə
Paylaş : 191
21:39 07-02-2017

Bağayarpağının möcüzələr

Bağayarpağının möcüzələri

Bağayarpağı qiymətli bitki növü kimi xalq təbabətində geniş tətbiq olunur.

 

Onun yarpaqlarının tərkibində xolin, kalium, kalsium duzları, selik, yağ və zülali maddələr var.

 

Bütün növlərinin təzə yerüstü hissəsi fitonsid və bakterisid xüsusiyyətlərə, tərkibindəki selik bakteriyaları udmaq qabiliyyətinə malikdir.

 

Bağayarpağının yarpaqlarından hazırlanan dəmləmə və ekstraktlardan yuxarı tənəffüs yollarının xəstəliklərində istifadə olunur. 

 

Onun şirəsi mədə turşuluğunun azalması, 12 barmaq bağırsağın xəstəlikləri zamanı işlədilir.

 

Bitkinin quru yarpaqlarından hazırlanmış tozlar məlhəmlərin tərkibinə daxil edilir, yara və xoraların müalicəsində müvəffəqiyyətlə tətbiq edilir. 

 

Bağayarpağının yarpaqları yaradakı irini azaldır, iltihabı aradan qaldırır, dərinin epitelləşməsini və çapıqlaşmasını tezləşdirir. 

 

İltihab əleyhinə antiseptik təsir göstərir, bronx vəzilərinin sekresiyasını artırır, bəlğəmi yumşaldaraq tənəffüs yollarından evakuasiyasını asanlaşdırır. 

 

Şirəsinin xora əleyhinə mədə sekresiyasını artırmaq xüsusiyyəti var. 

 

Həmçinin kəskin və xroniki laringit, bronxit, bronxial astma, xroniki qastrit, mədə və onikibarmaq bağırsağın normal və ya sekresiyanın azalması ilə müşayiət olunan xora xəstəliyində, xroniki enterit, kolitdə təyin olunur. 

 

Astma üçün də xeyirlidir, bronxial astmada və vərəmdə istifadə edilir. 

 

Aterosklerozun müalicəsi zamanı da istifadə olunur. 

 

Bağayarpağı dəmləməsi soyuqdəymə, öskürək, angina zamanı çox yaxşı kömək edir. 

 

Ümumiyyətlə bu bitkidən bir çox xəstəliklərdə istifadə edilir:

Şəkər xəstəliyi zamanı

Əzilmiş halında yaralanmalarda olduğu qədər, açıq yara və böcək sancmalarında

Diş əti iltihabında

Öskürək, bronxit və tənəffüs yollarındakı bəlğəm zamanı

Mədə -bağırsaq xəstəliklərində

Sidik yolu infeksiyalarında

Bağayarpağı toxumu, toxum kimi yeyilsə böyrək daşlarını salar.

Bağayarpağının siropu qanı təmizləyər .

Bağayarpağı şirəsi həmçinin diş və baş ağrıları azalıdır, sakitləşdirici təsir edir, iştahanı artırır.

Bağayarpağı şirəsi balla immuniteti möhkəmləndirir.

 

Bağayarpağı qanın laxtalanmasını artırır və bu səbəbdən sizdə varikoz xəstəliyi, tromblaşmaya meyillik varsa, bu bitkidən istifadə etmək olmaz.

Bu bitkidən istifadə etdikdən əvvəl mütləq mütəxəsislə məsləhətləşin!

Mesaj Bırakın .
sizə zəng etməyimiz üçün telefon nömrənizi yazın
Ad Soyad
Email
Telefon
xəstəlik haqqında