Herbalist Rəcəb Dağıstanlı, Xərçəngin Müalicəsi
Heç bir müvəffəqiyyət insan sağlamlığından daha qiymətli deyil.

Itburnu bitkisi faydaları

Kateqoriya : Bitkilərlə müalicə
Paylaş : 206
20:45 06-02-2017

Itburnu bitkisi faydaları

it burnu

Itburnu tərkibi bioloji fəal maddələr,

C, A, K, P vitaminləri, pektin maddəsi,

mikroelementlərlə zəngin olduğundan, itburnu orqanizmdəki müxtəlif xəstəliklərlə mübarizə aparmağa qadirdir. 

İtburnu təbii polivitamin sayılır.

Uşaqlara, yaşlı, zəiflənmiş, xəstə insanlara itburnu dəmləməsini ( çayını və s.) ümumi möhkəmləndirici vasitə kimi vermək olar.

C vitamini ilə zəngin olan itburnu dəmləməsi orqanizmi cavanlaşdırır, dərini daha elastik və hamar edir.

İtburnu insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və infeksiyalarına qarşı davamlılığını artırır.

Bu xüsusilə soyuq fəsillərdə vacibdir.

Əgər siz hər gün 1 çay qaşığı təbii bal əlavə olunmuş 1 stəkan itburnu dəmləməsi qəbul etsəniz, soyuqdəymə xəstəliklərindən qorunmuş olacaqsınız.

itburnu damarların elastikliyini artırır, damarları möhkəmləndirir, varikoz xəstəliyi zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.

Bundan əlavə itburnu damarları artıq xolesterindən təmizləyir və bu səbəbdən ateroskleroz xəstəliyinin profilaktikasında geniş istifadə olunur.

Sidikqovucu təsirinə malik olan itburnu bəzi böyrək və sidik kisəsi xəstəlikləri zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.

İtburnu həmçinin ödqovucu təsirinə malikdir və bu səbəbdən xolesistit (öd kisəsinin iltihabı) xəstəliyinin müalicəsində istifadə olunur.

İtburnu ürək-damar sisteminə və qanın tərkibinə müsbət təsir edir, arterial təzyiqinin tənzimlənməsinə kömək edir.

İtburnu tumlarından efir yağı hazırlanır.

Bu yağ çox güclü yarasağaldan və iltihabəleyhinə təsir edir.

İtburnu dərinin regerasiya proseslərini sürətləndirir və bu səbəbdən itburnu yağı yanıqların, dermatozların, trofik xoraların müalicəsində istifadə olunur.

İtburnu sinir sisteminə də müsbət təsir edir, yaddaşı möhkəmləndirir.

it burnu agaç

İtburnudan dəmlənmiş çayın faydaları:

1. İmmuniteti gücləndirir.

 

2. İltihabi proseslərin qarşısını alır.

 

3. Soyuqdəymə zamanı olduqca xeyirlidir.

 

4. Sinir sistemini sakitləşdirir.

 

5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır.

 

6. Mədə ağrılarını götürür.

 

7. Bağırsaqların təmizlənməsinə kömək edir.

 

8. Ürək-damar xəstəlikləri üçün faydalıdır.

 

9. İştahı açır.

 

10. Qan təzyiqini aşağı salır.

 

11. Maddələr mübadiləsini normallaşdırır.

 

12. Sidikqovucu xassəyə malikdir.

 

13. Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir.

 

İtburnu  mədə xorası xəstəliyində , mədə turşuluğu, on iki barmaq bağırsağın xorası, qastrit xəstəliyində istifadəsi əks göstərişdir.

Həmçinin çoxlu miqdarda itburnu istifadəsi diş minasını zədələyir.

Tromboz, tromboflebit, endokrdit, qan dövrnı çatışmazlığı zamanı istifadəsi məsləhət deyil.

Mesaj Bırakın .
sizə zəng etməyimiz üçün telefon nömrənizi yazın
Ad Soyad
Email
Telefon
xəstəlik haqqında