Herbalist Rəcəb Dağıstanlı, Xərçəngin Müalicəsi
Heç bir müvəffəqiyyət insan sağlamlığından daha qiymətli deyil.

Feyxoanın mineral tərkibi

Kateqoriya : Bitkilərlə müalicə
Paylaş : 206
20:09 05-02-2017

Feyxoanın mineral tərkibi

Feyxoa

Bu meyvə - təbii yodun  mənbəyidir.

C vitamini ilə zəngin olduğu üçün müalicəvi təsiri yüksəkdir.

Feyxoanın mineral tərkibi də çox zəngindir. 

Kalium, maqnizium, dəmir, fosfor, və sink elementləri ilə zəngin olan bu meyvə

orqanizm üçün vacib olan mikroelementlər mənbəyidir.

Qabığında isə aşılayıcı maddələr vardır. 

Yod çatışamazlığı ilə bağlı olan qalxanvari vəzi xəstəlikləri zamanı feyxoanın qəbulu xüsusilə xeyirlidir. 

Belə hesab olunur ki, feyxoa tərkibində olan yodun miqdarına görə dəniz məhsullarına yaxındır.

Qrip epidemiyası zamanı yaxşı köməkçi sayılır. 

Onu qurudub, əzilmiş halda qarın işləməsi zamanı yeməkdən əvvəl  yarım stəkan içmək lazımdır:

1 x/q qurudulmuş və əzilmiş feyxua qabığına, 1 st. qaynar su əlavə etmək.

Meyvənin qabığı antioksidantları ilə zəngindir. Bu isə yeni əmələ gəlmiş şişlərin profilaktikası üçün yaxşı vasitə sayılır. 

Antioksidantlar xərçəng xəstəliklərinin profilaktikası üçün olduqca vacib olan maddələrdir.

Belə ki, feyxoanın qabığını təmizləmədən yeməyin xeyiri var.

Feyxoanın konservləşdirilmiş şirəsi boğaz şişinin qarşısının alınmasında istifadə edilir.

Tərkibində efir yağları, dəmir və vitaminlərin olduöu üçün, depressiya, əzginlik və

güc azlığı kimi hallar üçün, onu əvəzedilməz vasitədir.

Feyxoa həmçinin, stenokardiya xəstəliyinin müalicəsinə də kömək edir.

Şəkər, qan təzyiqi, mədə-bağırsaq xəstəliklərinin ən yaxşı əlacıdır.

Feyxoa meyvələri və onlardan alınan təzə şirə tireotoksokoz və sinqa xəstəliklərinin müalicəsi üçün əhəmiyyətli vasitədir. 

Feyxoa ateroskleroz zamanı da çox xeyirlidir - bu xəstəliyin inkişafını ləngidir, damarları daha elastik edir.

Feyxoanın iltihab və virusəleyhinə xüsusiyyətləri var.

Soyuqdəymə xəstəlikləri zamanı feyxoadan hazırlanmış çay orqanizmə çox yaxşı müalicəvi təsir edir.

3 feyxoanı doğrayın (qabıqlı), üzərinə 1 stəkan qaynar su əlavə edib dəmləyin və 20 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edib için. Belə dəmləməni gün ərzində 2-3 dəfə qəbul edin.

Feyxoa yarpaqlarının dəmləməsi diş ağrısı və damaqların iltihabı və qanaması zamanı çox yaxşı kömək edir. Yarpaqları qaynar suda dəmləyin və qarqara üçün istifadə edin.

Feyxoa yarpaqlarının dəmləməsi antiseptik xüsusiyyətlərə malikdir. 

Feyxoa arterial təzyiqinin tənzimlənməsində kömək edir.

Feyxoa immuniteti möhkəmləndirir.

Feyxoa bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Əgər sizin dəri ilə probleminiz varsa o zaman feyxoa yağı istifadə edə bilərsiniz.Nəticənin mükəmməl olacağından əmin olun.

 

Feyxoa zərərli ola bilərmi

Təkibində yod çox olduğundan, hiperteriozu olan insanlar üçün(qalxanvari vəz funksiyası yüksək olan) təhlükəli ola bilər. 

Yod normadan çox olduqda: yüksək sinir gərginliyi, yorğunluq, ürəkdöyünmə və dəyişən hərarət kimi hallara gətirə bilir.

Bir çox sitrus meyvələrinin allergik reaksiya verə bildiyi kimi, feyxoa da allergiyaya səbəb ola bilər. 

Bu meyvəni çox yedikdə yodun normasının həddən artıq çoxalmasına gətirə bilər.

Mesaj Bırakın .
sizə zəng etməyimiz üçün telefon nömrənizi yazın
Ad Soyad
Email
Telefon
xəstəlik haqqında