Herbalist Rəcəb Dağıstanlı, Xərçəngin Müalicəsi
Heç bir müvəffəqiyyət insan sağlamlığından daha qiymətli deyil.

Aloe bitkisinin faydaları

Kateqoriya : Bitkilərlə müalicə
Paylaş : 216
20:26 04-02-2017

Aloe bitkisinin faydaları

Aloe bitkisinin faydaları

Aloe bitkisi hamıya məlumdur  və demək olar ki, hər evdə rast gəlinir. 

Bu həmişəyaşıl bitkinin 360-dan artıq növü var.

Vətəni Afrika sayılır.

Aloenin tərkibində insan orqanizması üçün vacib olan vitaminlər,

B1, B2, B3, B12, vitamin C, vitamin A, vitamin E,

Aminturşular, minerallar; kalsium, maqnezium, natrium, sink, dəmir, Manqan, kalium, mis, xrom və s. var.

Aloe bitkisinin bir çox müalicəvi xüsusiyyətləri vardır.

Aloe şirəsi orqanizmin  tonusunu  qaldırmaq üçün, 

İmmunitetin möhkəmləndirilməsi və sabitləşdirilməsi üçün,  

Yuxunun pozulması zamanı tövsiyə olunur. 

Xüsusilə mədə-bağırsaq traktı xəstəliklərinin müalicəsində kömək edir: 

Öd kisəsi və öd yollarının xəstəlikləri , mədə və onikibarmaq bağırsağ xəstəlikləri,  kolit, enterekolit və s. zamanı faydalıdır.

Az miqdarda qəbulu həzmi yaxşılaşdırır və öd ifrazını gücləndirir.

Xroniki qəbizlik zamanı yaxşı kömək edir.

 

Həzmi yaxşılaşdırmaq və iştahanı açmaq üçün

150 qram aloe şirəsi, 

250 qram bal 

350 qram qırmızı şərab qarışdırılır və 5 gün saxlanılır. 

Alınan qarışığı gündə 3 dəfədən az olmayaraq  yeməkdən əvvəl 1 yemək qaşığı qəbul etmək lazımdır.

Aloe həm də vərəm və dəri xəstəlikləri zamanı faydalıdır.

Aloe yarpağı həmçinin yanıqların sağalmasını sürətləndirir, mikrob və iltihabəleyhinə təsirə malikdir. 

Aloe hepatit xəstəliyi nəticəsində zərər çəkmiş karaciyər hücreyrələrini bərpa edir. 

Ümumiyyətlə, orqanzmin təmizlənməsinə, bərbasına və düzgün fəaliyyətinə müsbət təsir göstərir.

Aloe vera kosmetologiya sahəsində  geniş tətbiq edilir.

Allergik reaksiyalara meylli həssas dəri üçün aloedən hazırlanmış maska və kremlər tövsiyə olunur. 

Tərkibində aloe olan kosmetik vasitələr dərini qidalı maddələrlə zənginləşdirir , ətraf mühitin təsirindən qoruyur, piqment ləkələrinin solmasına yardım edir.

Aloe şirəsi həmçinin dəriyə cavanlaşdırıcı təsir edir, kollaqen liflərinin bərpasına kömək edir.

Bu səbəbdən aloe şirəsi bir çox yaş əleyhinə vasitələrin tərkibinə daxil edilir. 

Ev şəraitində aloe şirəsini cavanlaşdırıcı maskaların tərkibində istifadə etmək olar

 

Quru dəri üçün maska: 

1-   təmiz suya  aloe şirəsi, bal, yulaf unu və qliserin əlavə edib blenderdə çalaraq  15 dəq  saxlamaq lazımdır. 

Sonar alınmış maskanı təmiz dəriyə çəkərək 30 dəq saxlayıb ilıq su ilə yumaq lazımdır. 

Bu maskanı həftə ərzində 3 dəfə istifadə  edə bilərsiniz.  

2-   1:1 nisbətində götürülmüş aloe şirəsi və qaymaqdan hazırlanmış maska dərini təravətləndirir, rəngini yaxşılaşdırır.

Bu maskanı səhər və ya axşam üzünüzü yuduqdan sonar istifadə edə bilərsiniz. 

Pambıq vasidəsi ilə təmiz dəriyə çəkilmiş maska 40 dəq saxlandıqdan sonara yuyulur.  

Bu maska qırışları hamarlayır  və dərini nəmləndirir. 

Aloe böyük faydalarına baxmayaraq, unutmaq olmaz ki, bu bitkini istədiyimiz kimi tətbiq etmək olmaz.

Bəzi hallarda əks göstərişləri nəzərə alınmalıdır.

 

Məsələn:  

Hamiləlik zamanı

İstənilən ağır xəstəliyin kəskinləşməsi dövründə.

Eyni zamanda  bir neçə xəstəliklər keçirən xəstələrdə 

Xroniki ürək-damar xəstəlikləri hallarında 

Qaraciyər və böyrəklərin bir sıra xəstəliklərində

Xəstəliyin diaqnozu qeyri-müəyyən olduqda

Orqanizmin güclü allergik reaksiyası zamanı və s.

Yaxşı olar ki, istifadədən əvvəl mütəxəssis tövsiyəsini alasınız.

Mesaj Bırakın .
sizə zəng etməyimiz üçün telefon nömrənizi yazın
Ad Soyad
Email
Telefon
xəstəlik haqqında