Herbalist Rəcəb Dağıstanlı, Xərçəngin Müalicəsi
Heç bir müvəffəqiyyət insan sağlamlığından daha qiymətli deyil.

Narın müalicəvi təsirləri

Kateqoriya : Bitkilərlə müalicə
Paylaş : 150
23:03 03-02-2017

Narın müalicəvi təsirləri

Narın faydaları

Nar dadlı olduğu qədər həm də çox faydalı meyvədir.

Nar müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası,

İmmunitetin gücləndirilməsində istifadə olunan ən qiymətli meyvədir. 

Bu meyvənin lətində müxtəlif amin turşuları var ki, 

Orqanizmdəki hüceyrələrin yenilənməsində mühüm rol oynayır. 

Narın tərkibindəki antioksidantların miqdarı yaşıl çay, qaragilə, Sitruslara nisbətən bir neçə dəfə çoxdur.

Bu bitkinin meyvəsi  aşılayıcı maddələrlə zəngindir. 

Buna görə də qabığının ekstraktı  ishal, angina, damaq xəstəlikləri zamanı müalicəvi təsirə malikdir.

Narın faydalı xüsusiyyətləri onun bir çox xəstəliklərin müalicəsi zamanı İstifadə olunmasına imkan verir.

Müntəzəm istifadə zamanı orqanizmdən radiasiyanı təmizləyir. 

Xərçəng şişlərinin inkişafını ləngidir.

Soyuqdəyməyə xeyirlidir. 

Onun şirəsi susuzluğu yatırır, immuniteti artırır, 

Yüksək temperatur aşağı salmağa kömək edir, öskürəyi yüngülləşdirir.

Nar şirəsini ürək-damar sistemi xəstəlikləri zamanı faydalıdır. 

nar

Hər gün bir stəkan şirəsini içmək yüksək arterial təzyiqi Normallaşdırmaq üçün yaxşı vasitədir. 

Maraqlıdır ki, bu meyvəni sevənlər ürək xəstəliklərindən az hallarda əziyyət çəkirlər. 

Bundan başqa, vaxtaşırı istifadə zamanı anemiya və aterosklerozun yaranmasına mane olur.

Bu meyvədə olan ağ pərdəni  qurudub çaya  qatırlar. 

Bu gərginliyi  aradan qaldırır, əsəb sistemini sakitləşdiri, yuxunu normallaşdırır.

Narın qabığı faydalı xüsusiyyətlərə malikdir. 

Qurudulan qabıq qurdqovucu vasitə kimi istifadə olunur. 

Müalicəvi  şirə hazırlamaq üçün 50 q xırdalanmış qabığın üzərinə 500 q Soyuq su töküb 6-7 saat saxlanılır.  

Sonra şirə zəif odda 10-15 dəqiqə qaynadılır. 

Alınmış həlim süzürlərək soyudurlar. 

Bir-iki  saat ərzində mayeni kiçik porsiyalarla içmək lazımdır.

Bu məhsul, orqanizmdə hormonal tarazlığı bərpa etmək xüsusiyyətinə Malikdir.  

Qadınlarda  aybaşılar  zamanı ağrını yüngülləşdirir və klimaks zamanı sakitləşdirici təsir göstərir

Nardan kosmetologiyada da geniş istifadə edilir.

Bu bitkidən hazırlanmış  cövhər piqment ləkələrinin və çilləri aradan qaldırılması üçün tətbiq edilir.

Mesaj Bırakın .
sizə zəng etməyimiz üçün telefon nömrənizi yazın
Ad Soyad
Email
Telefon
xəstəlik haqqında