Herbalist Rəcəb Dağıstanlı, Xərçəngin Müalicəsi
Heç bir müvəffəqiyyət insan sağlamlığından daha qiymətli deyil.

Təbii müalicə üsulları

Kateqoriya : Bitkilərlə müalicə
Paylaş : 243
22:34 03-02-2017

Təbii müalicə üsulları

Təbii müalicə üsulları

Kimyəvi dərmanlardan istifadə etmədən maddələr mübadiləsini necə sürətləndirə bilərik?

İnsan orqanizmində baş verən maddələr mübadiləsi, bütün kimyəvi reaksiyalar,

Canlı hüceyrələrin böyüyüb bölünməsinə yardım edən mövcud proseslər metobalizma adlanır.

Təbii müalicə üsulları, sizin dincəlmənizdən ya da çalışmanızdan asılı olmayaraq bu proses həmişə baş verir.

Demək olar, hər saniyə, hər an maddələr mübadiləsi prosesi gedir.

Bunun üçün tələb olunan enerjini orqanizm  qida qəbulu zamanı müxtəlif vitaminlərdən,

Minerallardan, hətta sudan, günəş şüalarından alır.

Maddələr mübadiləsi zamanı alınan enerjinin  ayrılması və  çevrilməsi baş verir.

 

Təbii müalicə üsulları

1- Düzgün qidalanma metabolizma prosesini sürətləndirir.

2- Səhər yeməyi zəruridir və maddələr mübadiləsinin baş verməsində mühüm rol oynayır.  

Gündəlik qida qəbulunu 3 dəfə deyil 5-6 dəfəyə bölüb qəbul edin.

3- Bir sıra məhsullar metabolizm prosesini sürətləndirməkdə aktiv rol oynayır.

Onların arasında - yaşıl çay, bəzi meyvələr ( alma , armud , xüsusilə də şirin olmayan  sitrus meyvələr ),

Ədviyyat və kəskin ədviyyat,  yüngül şorbalar, zülallı ərzaqlar, kalsiumla zəngin qidalar vardır. 

4- Bədən çəkisinə görə gündəlik  su qəbulu  maddələr

Mübadiləsinin sürətlənməsi üçün vacib şərtlərdən biridir. 

( Suya bir orta ölçülü limon sıxa bilərsiniz.) 

5- Mədə bağırsaq problemləri olan insanlar qəbiz qalmamağa xüsusi diqqət etməlidir.

6- Səhər yeməyindən bir  saat sonra aşağıda göstərilən bitki qarışığından hazırlanmış dəmləmədən istifadə edə bilərsiniz:

Eyni nisbətdə götürülmüş qarışıq razyana, nanə, kəkikotu, çobanyastığı və zəncirotu kökündən ibarətdir. 

Bir yemək qaşığı bitki qarışığını bir stəkan qaynar suya əlavə edib su hamamında 20-30 dəqiqə dəmləmək lazımdır. 

7- Isti vanna qan dövranını sürətləndirmək üçün əla vasitədir və yağların yandırılmasını sürətləndirir.

Əgər suya nanə ,dazıotu və ya cökə ( ıhlamur ) əlavə etsəniz daha da effektli olar. 

8- Daha bir  üsul isə masajdir 

Masaj  sayəsində iş qabiliyyəti artır, 

Qan dövranı yaxşılaşır, 

Stressin təsiri azalır ,

Maddələr mübadiləsi sürətlənir.

Masaj zamanı bitki yağlarından istifadə masajın təsiri daha da sürətləndirir.

9- Gündəlik idmanla məşğul olmaq.

Səhhətinizdə problem varsa idmanın hansı növü ilə məşğul olmağınızı həkim müəyyən etməlidir. 

10-  Bu mövzudan danışarkən yuxunun əhəmiyyətini  xüsusilə qeyd etmək lazımdır. 

Yuxunun müddəti və keyfiyyəti bizim sağlamlığımıza birbaşa təsir edir.

Mesaj Bırakın .
sizə zəng etməyimiz üçün telefon nömrənizi yazın
Ad Soyad
Email
Telefon
xəstəlik haqqında